Yeni dərs modeli ibtidai siniflərə necə təsir edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni dərs modeli ibtidai siniflərə necə təsir edəcək?

17:56 - 16 / 09 / 2020
Yeni dərs modeli ibtidai siniflərə necə təsir edəcək?

Sentyabrın 15-dən başlayaraq, ibtidai sinif, xüsusilə birinci sinif şagirdlərinin müəyyən günlərdə məktəbə gəlməsi onların psixoloji inkişafına müsbət təsir göstərəcək.

1news.az bildirir ki, bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib. Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin bütün həftə ərzində daim onlayn dərs keçməsi onların sonradan təhsilə konsentrasiyasında müəyyən problemlər yarada bilərdi:

"Yuxarı sinif şagirdlərindən fərqli olaraq, ibtidai sinif şagirdləri məktəbdə davranış qaydalarını daha az bilirlər. Xüsuilə birinci sinif şagirdləri məktəbə yeni gəldikləri üçün onların sinifdə davranış qaydalarını bilməsi olduqca vacibdir. Bu baxımdan ibtidai sinif şagirdlərinin sentybarın 15-dən əyani formada tədrisə cəlb edilməsi olduqca vacib idi. Amma bu da çox əhəmiyyətlidir ki, siniflərdə şagirdlər arasında sosial məsafənin qorunulması və onların dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə etməsi nəzarətdə saxlanılmalıdır. Tənəffüs zamanı şagirdlərin bir yerdə toplanmasına da mane olunmalıdır. Eyni zamanda, müəllim də bir həkim kimi həssas davranmalıdır, qızdırması və müəyyən xəstəlik simptomları olanları sinifdən izolyasiya edərək bu barədə onların valideyninə və ya məktəb həkiminə məlumat verməlidir".

Xatırladaq ki, pandemiya ilə əlaqədar bu il məktəblərdə tədris hibrid dərs üsulu ilə aparılacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Bu gün Azərbaycanda bütün şagirdlər üçün yeni tədris ili başlasa da, yalnız ibtidai sinif şagirdlərinin məktəblərdə əyani formada təhsilə cəlb edilməsinə icazə verilir.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər