Yevlax ilk dəfə vətəndaşlarla video qəbul keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlax ilk dəfə vətəndaşlarla video qəbul keçirilib

17:02 - 23 / 03 / 2020
Yevlax ilk dəfə vətəndaşlarla video qəbul keçirilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq həftənin bir günü İcra Hakimiyyətinin inzibati binasında, bir gün isə təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun kəndlərinin birində vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir.

Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı açıq qəbullar da təxirə salınıb.

Bununla əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu yeni qaydada - video konfrans vasitəsi ilə həyata keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətindən 1news.az-a bildiriblər ki, qəbul zamanı 20 nəfərdən çox rayon sakininin müraciətlərini diqqətlə  dinləyən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün  müvafiq göstərişlər verib.

Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinin iştirak etdiyi qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda elektron video qəbulun tətbiqinə görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Video konfrans zamanı şəhər rəhbəri sakinləri maarifləndirmək məqsədilə koronavirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini sakinlərin nəzərinə çatdırıb və bu tövsiyələrə əməl edilməsinin insanların sağlamlığına olan xeyirli nəticələrini izah edib.

Belə çətin şəraitdə Prezidentin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun keçirilən video konfransda iştirak edən vətəndaşların məmnunluğu bir daha ölkə başçısının tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini əyani göstəricisidir.

1news.az

Paylaş:
468

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər