ABŞ-da yaşayan şuşalı Pənah İbrahimov: Vətənimizə kömək etmək gündəlik planlamamızda ön yerə çıxıb - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

ABŞ-da yaşayan şuşalı Pənah İbrahimov: Vətənimizə kömək etmək gündəlik planlamamızda ön yerə çıxıb - MÜSAHİBƏ

10:31 - 29 / 10 / 2020
ABŞ-da yaşayan şuşalı Pənah İbrahimov: Vətənimizə kömək etmək gündəlik planlamamızda ön yerə çıxıb - MÜSAHİBƏ

“Burada yaşayan soydaşlarımız vaxt azlığından, işlərin çoxluğundan əvvəllər o qədər də bir-biri ilə görüşmürdülər. Lakin indi görüşmək, bir yerə yığılmaq istəyi, necəsə, hansı yollasa Vətənimizə kömək etmək barədə fikir mübadiləsi aparmaq niyyəti gündəlik planlamamızda ön yerə çıxıb”.

1news.az xəbər verir ki, bu sözləri 10 ildən çoxdu ABŞ-da yaşayan, burada magistr təhsil aldıqdan sonra qalaraq bizneslə məşgul olan əslən şuşalı Pənah İbrahimov söyləyir. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir neçə iri şirkətə rəhbərlik edən müsahibimiz deyir ki, Azərbaycan prezidentinin tvitlərini Amerikadakı soydaşlarımız gecə-gündüz izləyir.

- Azərbaycanın erməni işğalçıları ilə torpaqlarımızın azadlığı uğrunda apardığı müharibə ölkəmizin bütün sakinlərini səfərbər edib. Hamı prosesdə iştirak etmək, döyüşmək istəyir. Vətənimizdən çox-çox uzaqda – Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız bu mübarizədə necə iştirak edirlər?

- Bir seçici olaraq, sakin olaraq öz konqresmenlərimizə məktublarla mütəmadi müraciət edirik. Azərbaycanın apardığı ədalətli mübarizə barədə, Ermənistanın işğalçılıq siyasəti haqqında dayanmadan məlumatlar veririk. Şəhərlərimizin raketlərlə atəşə tutulması, Gəncə hadisələri bizi çox kədərləndirdi, dinc sakinlərin həlak olması, uşaqların öldürülməsi haqqında xəbərlər hər birimizi sarsıtdı.

Burada yaşayan soydaşlarımız vaxt azlığından, işlərin çoxluğundan əvvəllər o qədər də bir-biri ilə görüşmürdülər. Lakin indi görüşmək, bir yerə yığılmaq istəyi, necəsə, hansı yollasa Vətənimizə kömək etmək barədə fikir mübadiləsi aparmaq niyyəti gündəlik planlamamızda ön yerə çıxıb. Aksiyalarda iştirak etməklə yanaşı, mən şirkətlərimdə işləyən az qala hər bir işçimə, amerikalı dostlarıma, tanışlarıma bu hadisələr haqqında danışıram, dağıntıları, həlak olan uşaqların şəkillərini göstərirəm. Tanıdıqlarımızı sosial şəbəkələrdə, tvitterdə dayanmadan paylaşımlar etməyə, həqiqətləri Amerika ictimaiyyətinə çatdırmağa sövq edirik.

Biz özümüzü informasiya cəbhəsinin əsgərləri kimi hiss etməyə başlamışıq. Prezidentimizin xarici kanallara müsahibələrinə baxdıqca, onun xarici jurnalistlərin ermənipərəst suallarını necə darmadağın etdiyini gördükcə başa düşürük ki, biz hər an bax belə həmlələrə hazır olmalıyıq, ölkəmizin mövqeyini dayanmadan, addım-addım gücləndirməliyik.

- Prezidentimiz çıxışlarında Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən ermənilərin bərabərhüquqlu vətəndaşımız olduğunu və onların rifahının yüksəldilməsinin ayrı-seçkilik qoymadan dövlətimizin hədəfi olduğunu vurğulayır. Sizin yaşadığınız şəhərdə erməni millətindən olan insanlar az deyil. Onlar Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını başa düşürlərmi?

- Erməni lobbisinin təbliğatı çox güclüdür. Burada yaşayan ermənilər özləri də bilmədən təbliğat maşınının bir hissəsinə çevrilir, kor-koranə erməni lobbisinə xidmət göstərirlər. Halbuki, onların əksəriyyətinin Ermənistanda baş verən iqtisadi çətinliklərdən, əhalinin digər ölkələrə qaçmasından yaxşı xəbərləri var. Səmimi danışsalar, qohumlarının kasıb, ümidsiz yaşamasından necə kədərləndiklərini gizlətməzlər. Amma, təəssüf ki, “beyinyuma” prosesi onların hamısına öz təsirini göstərib.

- Neçə illərdir Amerikada yaşayırsınız, burda müxtəlif xalqların, toplumların öz istəkləri uğrunda apardıqları mübarizəni izləyirsiniz. Sizcə, burda yaşayan soydaşlarımız ölkəmizin həqiqətləri dünyaya çatdırmaq işinə hansı formada dəstək göstərsələr daha effektiv alınar?

- Mütləq elitaya çıxmaq, konqresmenlərlə, söz sahibi olan diaspora təşkilatları, lobbi üzvləri ilə münasibətlər yaratmaq lazımdır. Amerikada toplu insanların fikirlərinə daha çox diqqət yetirilir, çoxsaylı seçici mövqeyinə təsir edəcək təşkilatlara həssas yanaşılır. Eyni zamanda dayanmadan müxtəlif səviyyələrdə insanlara, siyasi-sosial qurumlara müraciətlər göndərmək, tədbirlərdə fəal iştirak etmək vacibdir.

Son zamanlar sosial şəbəkələrdə soydaşlarımız fəallaşıb, xüsusilə, əcnəbi dillərdə yaradılan paylaşımlar, paylaşımlara əcnəbi dillərində yazılan rəylər mövqeyimizi gücləndirir. Diasporla İş Komitəsi, səfirliyimiz soydaşlarımızı müxtəlif əyani vəsaitlərlə təmin edir, müxtəlif dairələrlə əlaqələr yaratmasına dəstək olur, yetər ki, fəal olaq, məqsədyönlü iş görək, Azərbaycanımızın inkişafına töhfəmizi verək. 

Qeyd edək ki, müsahibimiz yenicə cəbhə bölgəsindən, Gəncədən qayıdıb. Erməni cinayətkarlarının törətdiyi əməllərə biganə qala bilməyən soydaşımız uzaq Amerikadan qısa müddətə olsa da ölkəmizə qayıdıb, döyüşçülərimizə baş çəkib, düşmənin raket zərbələrinə tuş gələn yaşayış məntəqələrimizi gəzib.

Gözləri ilə gördüklərini Amerika ictimaiyyətinə daha effektiv üsullarla çatdırmağı planlaşdıran soydaşımızın bir arzusu var – tezliklə azad olunmuş torpaqlarımızda yeni-yeni müəssisələrin yaranmasına nail olmaq, bölgənin inkişafında iştirak etmək.

1news.az

Paylaş:
3874

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25
Bütün xəbərlər