Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub - Nazir müavini | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub - Nazir müavini

13:24 - 14 / 07 / 2020
Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub - Nazir müavini

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib.

1news.az Trend-ə istinadən bildirir ki, bu sözləri Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.

Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub.

“Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik”- deyə, K.Vəliyev bildirib.

Fotoda: General-mayor Polad Həşimov və Müdafiə naziri Zakir Həsənov

1news.az

Paylaş:
1015

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər