ru

Cəmiyyət

17 Sentyabr saat 10:38

Bakı metrosunda yeni qatar tuneldə qaldı, qapılar açılmadı

Bakı metrosunda yeni qatar tuneldə qaldı, qapılar açılmadı

Bakı metrosunda qatarda problem yaranıb.

1news.az Trend-ə istinadən bildirir ki, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib.

Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.

Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, hadisə qatarın qapılarına sərnişin müdaxiləsi nəticəsində baş verib: "Yeni qatarların qapılarını saxlamaq olmaz. Pik saatlar olduğundan sərnişinlər vaqonlardan birinin qapısının bağlanmasına mane olub və nəticədə sistemdə proqram silinib. Proqramın bərpası isə təxminən 2-3 dəqiqə çəkdiyi üçün ümumi xətt intervalında gecikmələr yaranıb.

Hazırda problem həllini tapıb və qatarların intervalı nizamlanır".

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur