ru

Siyasət

19 İyul saat 13:35

Bakıda Belçikanın Milli Günü qeyd edilib

Bakıda Belçikanın Milli Günü qeyd edilib

Bakıda Belçika Krallığının Milli bayramı - müstəqilliyinin 189-cu, kral Filipin taxt-taca çıxmasının 6-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Belçikanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Bert Skufs  Milli Günün tarixindən söz açıb.

Azərbaycanla əlaqələrdən danışan səfir deyib ki, bu il mayın 13-də Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində Kral Filiplə görüşü münasibətlərimizin vəziyyətindən xəbər verir.

Bert Skufs  ölkəsi ilə Azərbaycan arasında geniş əlaqələr yaradıldığını qeyd edib. Bildirib ki, bu gün Belçika Azərbaycanla iqtisadiyyatın bütün sahələrində - enerji, sənaye, kənd təsərrüfatı, tikinti, infrastruktur və s. sahələrdə əlaqələrə malikdir.

Səfir bildirib ki, elm-təhsil sahəsində də Azərbaycanla sıx əməkdaşlıq edirlər. Məhz bunun nəticəsi olaraq son illər təxminən 50 azərbaycanlı gənc Belçika universitetlərində təhsil alıb. Bundan əlavə, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında 100 nəfərdən çox belçikalı idmançı iştirak edəcək: “Bu tədbirə 1991-ci ildə Belçika ev sahibliyi edib. Nümayəndə heyətini burada qarşılamaqdan böyük məmnunluq hissi keçirirəm”.

Səfir Fərid Abdinbəyov bayram münasibətilə təbriklərini çatdırıb, Azərbaycanla Belçika arasında siyasi və iqtisadi əlaqələrin tarixindən söz açıb. O, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu və 17 iyun 1992-ci Azərbaycanla diplomatik əlaqələrin qurulduğunu xartırladıb. Qeyd edib ki, hüquqi baza yaradıldıqdan dərhal sonra ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq genişlənməyə başlayıb.

F.Abdinbəyov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həlli məsələsində Belçikanın davamlı dəstəyini yüksək qiymətləndiririk:

“Əlaqələrimizin daha da inkişafı üçün böyük potensial var. Əminik ki, mövcud dostluq münasibətlərimiz möhkəmlənməkdə davam edəcək”.

P.Sultanova

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur