Binəqədidə YAP namizədləri ilə görüş keçirilmişdir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Binəqədidə YAP namizədləri ilə görüş keçirilmişdir - FOTO

15:54 - 18 / 01 / 2020
Binəqədidə YAP namizədləri ilə görüş keçirilmişdir - FOTO

Yanvarın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi.

Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə  namizədləri - 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Kübra Əliyarlı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Kamaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Anar Əliyevin  üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Həmin gün YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov,  hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər.

Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğuladı. Bildirdi ki, müstəqil bir ölkə kimi Azərbaycan özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtisadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almaqdadır. Daha sonra o, seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda  müvəffəqiyyətlər arzuladı. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.

Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarov  çıxış edərək bildirdi ki,  rayonumuzda mövcud olan çətinlik və problemlərin aradan qaldırılması hər birimizdən məsuliyyət, sosial təəssübkeşlik, gələcək ümumi yüksəliş və rifah üçün milli canıyananlıq tələb edir. Rayonumuzda öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir Binəqədi sakininin qayğı və probleminə çevrilməlidir. Bu da mənim ən böyük amalımdır. Onun sözlərinə görə, neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş vermişdir. Bundan sonra bu abadlıq və Binəqədi camaatının rifah halında yaşamasında pay sahibi olacağına görə qürur hissi duyğunu və ona Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimadı doğruldacağına söz verdi.

Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Kubra Əliyarlı  bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Seçkilərə YAP deputatlarının hamısı görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedir. Dövlətə, xalqa xidmət etməyi özünə şərəf bildiyini və bu yolda seçicilərələrə fəxarətlə xidmətin ən müqəddəs missiyası  olacağını vurğulayan gənc namizəd seçiciləri  Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Anar Əliyev  göstərdi ki, ona göstərilən bu etimad onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağını bildirdi.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanladılar. Sonda xatirə şəkli çəkildi.

Paylaş:
2985

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər