Carlsberg Azerbaijan və AzərŞəkər pivəlik arpa yığımını həyata keçirdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Carlsberg Azerbaijan və AzərŞəkər pivəlik arpa yığımını həyata keçirdi - FOTO - VİDEO

15:00 - 09 / 07 / 2020
Carlsberg Azerbaijan və AzərŞəkər pivəlik arpa yığımını həyata keçirdi - FOTO - VİDEO

Carlsberg AzerbaijanAzərŞəkər şirkətlərinin pilot layihəsi çərçivəsində əkilən pivəlik arpa yığımı uğurla başa çatmışdır.

21 noyabr 2019-cu ildə Şəmkir rayonunda 8.4 hektar sahədə pivəlik arpa əkini həyata keçirilmişdir. Toxum materialı qış arpa sortları seleksiyasında liderlərdən biri olan Fransa şirkəti Secobra tərəfindən təchiz edilmişdir. Eyni zamanda, hər çeşidin nümunələri akklimatizasiya testlərinin aparılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təhvil verilmişdir.

Qeyd edək ki, Azərbaycanda pivəlik arpa becərilməsi üçün pilot layihə Carlsberg Azerbaijan və AzərŞəkər tərəfindən pivə istehsalı üçün xammalın lokallaşdırılması məqsədilə başladılmışdır.

Pilot layihənin əsas məqsədi bu sortların potensial məhsuldarlığını yerli şəraitdə sınaqdan keçirməklə, keyfiyyət göstəricilərini pivəbişirmə məqsədləri üçün uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

Pilot layihənin müsbət nəticələr verəcəyi təqdirdə, pivəlik arpa yetişdirilməsi genişlənə bilər ki, bu da gələcək illərdə yerli xammal hesabına ölkədə pivəlik arpasına olan ehtiyacı tam şəkildə ödəyəcəkdir.

Vyaçeslav Maltsev, Carlsberg Azerbaijan-ın Baş direktoru: “Pivəlik arpanın pilot əkini üzrə layihə Carlsberg Azerbaijan-ın yaxın illər üçün əsas prioritetlərindən biridir. Çünki məqsədimiz yalnız əsas pivəbişirmə xammalı olan arpanın yerliləşdirməklə istehsal prosesini optimallaşdırmaq deyil, əlbəttə ki, bu da vacibdir, lakin, onilliklər sonra Azərbaycanda pivəlik arpanın becərilməsində birincilərdən olmaq bizim üçün olduqca mühümdür. Pivəbişirmə sənayesində uyğunluğu müəyyən etmək üçün Şəmkir bölgəsində yetişdirilən arpa nümunələri Carlsberg Group-un yerli və regional laboratoriyalarına göndərilmiş və ümid edirik ki, yaxın zamanda yerli arpa ilə istehsal olunan yüksək keyfiyyətli Azərbaycan pivəsini istehlakçıya təqdim edə biləcəyik”.

Anar Mehdiyev, AzərŞəkər MMC-nin Baş direktoru: “Ölkəmizdə istehlak olunan ərzaq mallarının mümkün qədər daha çox miqdarda keyfiyyətli yerli məhsullar hesabına istehsalına nail olmaq AzərŞəkər olaraq bizim də hədəflərimizdən biridir. Bu məqsədlə Carslberg şirkəti ilə əməkdaşlığa önəm veririk. Şirkətin pivəlik arpa ehtiyaclarının tam şəkildə yerli məhsul hesabına ödənilməsini mümkün sayırıq və bunun üçün malik olduğumuz təkcə Şəmkir deyil, Yevlax, Ağcabədi əkin sahələrimizi də cəlb etməyə hazırıq. Şirkətimiz taxıl məhsullarından əlavə, şəkər çuğunduru istehsalında da ixtisaslaşır, buna görə də yaxın gələcəkdə ölkəmizdə istehsal olunan şəkər tozunun da daha çox yerli şəkər çuğunduru hesabına istehsalına nail olmaq kimi hədəflərimiz vardır.

Carlsberg Azərbaycan şirkəti ilə əməkdaşlığın baş tutması üçün göstərdiyi dəstəyə görə İqtisadiyyat Nazirliyinə təşəkkürümüzü bildiririk.

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir, şirkətdə təxminən 260 nəfər birbaşa və təxminən 400 nəfər vasitəli əməkdaş (distribyutor, agentlik, podratçı) işləyir. Şirkətin zavodun inkişafına qoyulan ümumi sərmayəsi 50 milyon manatdan çoxdur. Şirkətin portfelinə Xırdalan, Carlsberg, Baltika, Tuborg, Əfsanə, Kronenbourg Blanc 1664, Seth & Riley's Garage və s. kimi məşhur markalar daxildir.

Azərşəkər MMC 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkirdə 700 hektar müasir suvarma təminatlı təsərrüfatda taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2021-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli rayonlarında, toplam 8000 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 55 milyon manata yaxın vəsait yatıracaqdır. Hal-hazırda şirkətdə 105 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin Yevlax təsərrüfatının nəzdində AgroLab müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.

Reklam hüququnda

 

 

Paylaş:
1418

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər