Die Tageszeitung: Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli görünmür | 1news.az | Xəbərlər
Siyasət

Die Tageszeitung: Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli görünmür

15:54 - 06 / 08 / 2020
Die Tageszeitung: Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli görünmür

Qafqaz üzrə mütəxəssi Uve Halbax hesab edir ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olacağı istisna edilmir.

O, Almaniyanın “Die Tageszeitung” qəzetinə verdiyi müsahibədə bu münaqişənin postsovet məkanında, məsələn, Cənubi Osetiya ilə Gürcüstan arasındakı və ya Ukraynanın şərqindəki digər münaqişələrdən nə ilə fərqləndiyini izah edib.

Tərcüməsi “İnosmi” saytında yayımlanan həmin müsahibədən sitatları təqdim edirik.

“Ukraynanın şərqində, Donbassda toqquşmalar başlamazdan əvvəl bütün bu münaqişələr dondurulmuşdu. Lakin Dağlıq Qarabağ göstərdi ki, buna arxalanmaq olmaz. Münaqişə, məsələn, 2016-cı ilin aprelində olduğu kimi, gah qızışdı, gah dayandı. Bu dəfə də belə oldu. Atəşkəs xəttində atışmalar oldu. Buna görə də Dağlıq Qarabağdakı münaqişə dondurulmuş sayıla bilməz.

Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən başqa bir fərqi isə xarici qüvvələrin fərqli maraqlarının olmasıdır”- deyə, Halbax qeyd edib.

O həmçinin bildirib ki, Rusiya Ermənistanda hərbi baza saxlasa da və hər iki tərəfə silah tədarük etsə də, Abxaziya və Cənubi Osetiyadakı vəziyyətdən fərqli olaraq birbaşa Dağlıq Qarabağda iştirak etmir:

“Düşünürəm ki, Kreml bu münaqişədə daha çox neytral mövqe tutur. Bu, son eskalasiya dövründə Rusiyanın hər iki tərəfi təmkinli olmağa çağırış etməsindən də aydın görünür.

Qarabağ münaqişəsində Rusiyanın mövqeyi ABŞ və ya Fransa kimi digər Qərb oyunçularının mövqeyindən o qədər də uzaq deyil. Bu, o deməkdir ki, biz Rusiya və Qərb arasında Gürcüstan və Ukraynaya nisbətən daha az gərgin geosiyasi rəqabətlə üzləşirik”.

Türkiyənin rolundan bəhs edən ekspert qeyd edib ki, Dağlıq Qarabağla bağlı bu, konkret tərəfi dəstəkləyən yeganə xarici oyunçudur:

“Ankara açıq şəkildə Azərbaycanla tərəfini saxladı və müharibənin başlayacağı təqdirdə Azərbaycana dəstək verəcəyini bildirdi”.

Münaqişənin mümkün həlli perspektivləri barədə danışan Halbax qeyd edib ki, əvvəlcə ən pis ssenarilərin qarşısını almaq lazımdır:

“Ardıcıl olaraq tərəfləri təmkinli olmağa və müharibəyə başlamamağa çağırış edilməlidir. Bu təhlükə çox realdır.

Ancaq münaqişənin siyasi həlli, əvvəlki kimi görünmür. Tərəflər arasında ciddi ziddiyyətlər var”.

1news.az

 

Paylaş:
738

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər