Dövlətlə heç kim şantaj dilində danışa bilməz | 1news.az | Xəbərlər
Siyasət

Dövlətlə heç kim şantaj dilində danışa bilməz

22:53 - 18 / 09 / 2020
Dövlətlə heç kim şantaj dilində danışa bilməz

Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublu barəsində verilən şikayətə baxıldı və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildi...

Dövlət humanist üzünü göstərdi və vətəndaşının həyatını, sağlamlığını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi.

Amma şübhə etmirəm ki, Tofiq Yaqublunun həyatı, sağlamlığı üzərindən öz maraqlarının davasını aparanlar bu humanist addımı da özlərinin və sifarişçilərinin ənənəvi arzu və istəkləri, mənafeləri müstəvisindən dəyərləndirəcək, Bakı Apelyasiya Məhkəməsinin qərarı ətrafında növbəti virtual şoular yaratmağa cəhd göstərəcəklər.

Məhz bu baxımdan da geridə qalan zaman kəsiyində Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Əlibəyli, Cəmil Həsənli, Qənimət Zahid, həmçinin allı-güllü, “milli şura”nın digər böhtan və söyüş terminatorlarının davranışlarına diqqət çəkməyi vacib hesab edirəm.

Tofiq Yaqublunun aclıq aksiyası keçiridiyi zaman kəsiyində adlarını sadaladığım və sadalamadığım şəxslərin heç biri onu aclığı dayandırmağa çağırmadı. Əksinə, Yaqublu ətrafındakı emosional mühitin daha da kəskinləşməsinə çalışdılar

Verdikləri bütün mesajlar da Tofiq Yaqublunun aclığı davam etdirməsinə, həyatının ciddi risk altına düşməsinə xidmət edirdi. Nə deyirdilər bu adamlar? Deyirdilər ki, “yox, Tofiq Yaqublu aclığı heç bir halda dayandırmayacaq”, “sonadək mübarizə aparacaq”, “geri çəkilməyəcək”...

Püskürdükləri bütün aqressiv bəyanat və açıqlamar da yalnız bir məqsədə xidməti edirdi... Bəlkə də artıq sifarişçiləri ilə birlikdə hadisələrin inkişaf ssenarisini də müəyyənləşdirmiş, ehtiyat bəyanatlar, açıqlamalar, şüarlar da hazırlamışdılar...

Söhbət isə hansısa siyasi fikir ayrılıqlarından, fərqli baxış və dünyagörüşlərinin toqquşmasından yox, insan həyatından gedirdi...

Radikal müxalifətin və xaricdəki “beşinci kolon”un məhkəmənin humanizm prinsiplərindən çıxış edərək verdiyi qərarını “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək qanuna zidd çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir faydalı fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Belələri öz məqsədləri üçün ən ali dəyərləri tapdamağa, ayaqlar altına atmağa hazırdırlar.

Əslində bu adamlardan cəmiyyətdə fərqli bir gözlənti də yox idi.

Neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinən, insanların sosial durumunun ağırlaşmasından xoşbəxt olan, toy-bayram edən, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardan bundan artıq münasibət gözləmək də sadəlöhvlük olardı.

Amma təəssüf ki, Tofiq Yaqublu ilə bağlı baş verənlərdə bir azərbaycanlı kimi alışmadığımız, mənsub olduğumuz xalqın daşıdığı dəyərlərlə daban-dabana zidd olan bir davranışın da şahidi olduq. Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirliyə əl atması deqrodasiyaya uğramış siyasi düşərgənin mənsubları istisna olmaqla hər kəsi təəccübləndirdi.

Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, “həbsxanada ölmüş məhbus qızı” statusu vacib idi. Səbəb nə idi? “Həbsxanada ölmüş məhbus qızı” statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaq almaq? Ərinə daha “parlaq” siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlinin əzilmiş eqosunu yemləmək?

Tofiq Yaqublunun həyatını siyasi alver predmetinə çevirənlərin hədəfə aldığı Azərbaycan dövləti isə sözügedən şəxsin sağlamlığının qorunması üçün qanun çərçivəsində bütün mümkün vasitələrə əl atdı. Hətta Yaqiblunun xahişi ilə mülki sektorda çalışan dostu, həkim Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün lazımi şərait yaradıldı.

Sağlıq durumunda problem yaranmaması üçün Tofiq Yaqublunun özünün və həkimi Adil Qeybullanın təklifi ilə onun “City Hospotal”da müalicəsi davam etdirildi... Və nəhayət ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin müraciətləri nəzərə alındı və Tofiq Yaqublu bütün mümkün təxribat ssenarilərini nəzərdən keçirənlərin arzu və istəklərinə rəğmən artıq öz evindədir...

Beləliklə, hər iki üz göz qabağındadır. Dövlətin humanist üzü də, siyasi üzsüzlüyü özünün həyat fəlsəfəsinə çevirənlərin hər an dəyişməyə hazır olan “çoxvektorlu” üzləri də...

Dövlət humanist üzünü göstərdi, təbii ki... Amma bu, kimlərinsə baş verənləri öz əxlaqı və dünyagörüşü müstəvisindən dəyərləndirməsinə yol açmamalıdır. Tofiq Yaqubluya münasibətdə nümayiş etdirilən yanaşma president olaraq humanizm prinsiplərinin həyata keçirilməsi, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı olan bir addımdır.

Bu şantaj qarşısında geriçəkilmə deyil. Dövlətlə heç kim şantaj dilində danışa bilməz və danışmamalıdır da! Dövlətçiliyin, dövlət təhlükəsizliyinin nə olduğunu azacıq da olsa başa düşənlər çox güman ki, nə demək istədiyimin yaxşı fəqindədirlər. Şantajın presidentə çevrilməsinə edilən bütün cəhdlər isə istisnasız olaraq dövlət təhlükəsizliyinə təhdid kimi dəyərləndirilməli və buna müvafiq olaraq hüquqi addımlar atılmalıdır.

Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Elçin Mirzəbəyli

Paylaş:
913

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər