Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu | 1news.az | Xəbərlər
Dünya

Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu

17:10 - 26 / 05 / 2020
Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu

Türkiyənin Van vilayətində yas mərasimlərinin keçirilməsi qadağasına baxmayaraq, gizli təşkil edilən mərasimlərin iştirakçıları yeni növ koronavirusa (COVID-19) yoluxublar.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Vanın Edermit rayonunda 35 nəfər, İpəkyolu rayonunda isə 128 nəfər koronavirusa yoluxub. Virusa yoluxan 163 nəfərdən biri vəfat edib. Ölən şəxs Türkiyə Səhiyyə Nazirliyinin tələbləri çərçivəsində dəfn edilib. Vanın Edermit və İpəkyolu rayonlarında gizli qurulan yas çadırlarına görə mərasim sahibləri məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, İpəkyolunun İranla sərhəd Ortanca kəndində 20 gündən artıqdır ki, karantin rejimi tətbiq olunub. 

Vanda indiyə qədər 478 nəfər bu infeksiyaya yoluxub. Van valiliyindən bildirlib ki, vilayətdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində indiyədək 61 nəfər karantinə alınıb, hazırda 18 min nəfər karantindədir.

1news.az

Paylaş:
745

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər