İcbari Tibbi Sığorta. Azərbaycanda necə tətbiq ediləcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari Tibbi Sığorta. Azərbaycanda necə tətbiq ediləcək?

17:13 - 08 / 11 / 2019
İcbari Tibbi Sığorta. Azərbaycanda necə tətbiq ediləcək?

Azərbaycanda uzun müddətdir gözlənilən İcbari Tibbi Sığorta (İTS) artıq bütün ölkə üzrə 2020-ci ilin yanvarın 1-dən etibarən tətbiq ediləcək.

Qanunvericiliyə əsasən, bu məqsədlə vətəndaşların əməkhaqlarından 10 manat tutulacaq. İTS xidmətləri zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.

Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı Milli Məclisin deputatı, Parlamentin Səhiyyə komitəsinin üzvü Məlahət İbarhimqızı ilə söhbət etdik:

“Hörmətli Prezidentin sərəncamı ilə 2020-ci ilin yanvarın 1-dən etibarən bütün ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Pilot qaydada artıq iki ildir ki, Mingəçevirdə, Yevlaxda və Ağdaşda İTS tətbiq edilir və uğurlu olduğunu sübut etdi. Ən əsası isə həmin bölgələrdə aparılan sorğu və araşdırmalar göstərdi ki, orada yaşayan sakinlər İTS-dən razıdırlar. Axı əvvəllər regionlarda yaşayanalar müalicə üçün Bakıya və ya xaricə getməli olurdular. Bu sistemin bütün ölkə üzrə tətbiqi isə bunlara əlavə vaxt və pul ayırmağın lazım olmadığını göstərəcək.

Prosesə hazırlıq müddətində güclü və mükəmməl qanunvericilik bazası yarada bildik. Bəzən opponentlərimiz bu müddətin çox çəkməsilə bağlı tənqidlərini bildirdilər. Lakin unutmayaq ki, İST-in keyfiyyətli tətbiqi müəyyən vacib şərtlərə əsaslanır. Bu, yalnız bizdə deyil, bütün inkişaf etmiş ölkələrdə də belədir. Sistemin tətbiqi nəinki paytaxtda, regionlarda da diaqnostik mərkəzlərdən tutmuş ambulator məntəqələrə qədər güclü infrastruktur tələb edir. Bu sahədə qeyd edim ki, ölkə başçısının göstərişi ilə bütün rayonlarda müasir tibbi avadanlıqla təchiz olunmuş klinikalar, diaqnostik, perinatal mərkəzlər, doğum evləri və s. tikilib.

Digər tərəfdən də insanların başqa ölkələrə üz tutmaması üçün peşəkar kadrlar lazımdır. Bilirik ki, ağır xəstəliklərdən əziyyət çəkən xəstələr müalicə üçün Almaniya, Türkiyə, Rusiya və İrana üz tuturlar. Bu başadüşüləndir, çünki insanlar imkanları daxilində keyfiyyətli tibbi xidmət almaq istəyirlər.

Bu nöqteyi-nəzərdən də günün əsas tələbində Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən yüksək peşəkarlı tibbi kadrlar, mütəxxəsislər hazırlamaq məsələsi dayanır. Bu gün ölkədə xaricə, eləcə də qardaş Türkiyədə təhsil almış və vətənə dönərək çalışan güclü həkimlərimiz də az deyil. Yəni tibbi baza var və bu, kifayət qədər möhkəmdir. Artıq İTS-ya keçməyə səbələr var, sadəcə bunun ölkə üzrə tətbiqinin vaxtı çatıb.

- İTS-ya keçid mərhələli şəkildə aparılacaq?

- Əlbəttə. Bütün ölkələrdə, misal üçün, səhiyyənin ən yüksək səviyyədə olduğu Türkiyədə İTS dərhal tətbiq olunmadı. Türkiyə, Xorvatiya və digər ölkələrdəki həmkarlarımızın təcrübəsini hərtərəfli öyrəndik. Lakin bir sıra ölkələrdə İTS-in tətbiqi uğurla olmadı. Biz səhvlərdən yayınmaq üçün bu ölkələrin də təcrübəsini öyrəndik. Sözsüz ki, bütün bunlar zaman tələb etdi. eləcə də sistemin tətbiqi də müəyyən zaman alacaq.

- Bəs İTS-lə bağlı sığorta haqları...

- Razılaşaq ki, bizdə bununla bağlı ödəniş yüksək deyil. Prinsipcə bu ödəniş az maaşı olanlar üçün də əlçatandır. Digər tərəfdən də, cəmiyyətin imtiyazlı təbəqəsi, nümunə üçün, veteranlar, ünvanlı sosial yardım alanlar, təqaüdçülər və s. əgər işləmirsə və sahibkarlıq fəaliyyəti ilə məşğul deyilsə, İTS ödənişindən azaddırlar.

- Əgər ailədə yalnız kişi işləyirsə, qadın evdar xanımdırsa?

- Düşünürəm ki, bu hallar da nəzərə alınacaq. Hazırda ən əsası sistemin tətbiqinə başlamaqdır, gedişat zamanı mükəmməlləşdiriləcək.

- İTS-ın baza hissəsinə nələr daxil edilib?

- Buraya müayinə xidmətləri, müalicə, diaqnostik prosedurlar, cərrahiyyə əməliyyatları və s. hələlik isə ilkin mərhələdə İTS-nın baza hissəsində deyək ki, böyrək və ya qaraciyət köçürməsi kimi ağrı əməliyyatları gözləməyə dəyməz. Hazırda inkişaf etmiş bir çox ölkələrdə belə bu əməliyyatlar bu bazaya daxil deyil. Nümunə üçün, Almaniyada buraya stomotoloji xidmətlər, digər ölkələrdə isə ürək köçürməsi əməliyyatı daxil deyil.

- Bu hissəyə dərmanla təmin olunmaq daxil ediləcək?

- Hazırda dərmanların siyahısı elə də geniş deyil. Gələcəkdə bu siyahı genişləndirilə bilər. Əsasən bu siyahıya təcili tibbi yardımın təyin etdiyi, səyyar müalicə dərmanlar və s. daxildir. Lakin ambulator müalicə zamanı təyin edilən dərmanlar baza hissəsinə daxil deyil.

Diqqəti çox vacib məqama da yetirmək istərdim. Bu, İTS ilə bağlı vətəndaşların məlumatlandırılmasıdır. Düşünürəm ki, ölkənin bütün regionları yanvarın 1-dən etibarən bu mövzuda müvafiq ictimai dinləmələr aparılmalıdır.

- Tibb işçiləri ilə bağlı nələri qeyd edərdiniz?

- Bilirsiniz ki, İTS-nın tətbiqi səriştəsiz tibb işçiləri probleminin həllinə təsir edəcək. Çünki rəqabət yaranacaq. Pasiyentlərin müraciət etmə sayı həkimin də gəlirinə təsir edəcək.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi sistemi özünü doğrultdu. Hazırda orta məktəbdə dərs deyən müəllimlər var ki, əməkhaqları 1000-1200 manat təşkil edir. Yəni öz biliyinə əmin olan müəllim diaqnostik qiymətləndirmədən keçərək yüksək nəticələrini göstərməyə maraqlıdır.

- Bu cür analoji sistem tibb işçiləri üçün də tətbiq edilə bilər?

- Əllbəttə. Nə üçün az gəliri olan, borc alaraq Türkiyə, İran və ya Rusiyaya gedən vətəndaşlarımız əziyyət çəksin? Çünki onlar həkimlərimizin bacarıq səviyyəsinə güvənmir. Bunu bütün həkimlərə, tibb işçiləriniə şamil etmirəm. Çünki ölkədə kifayət qədər peşəkar, yüksəkixtisaslı mütəxəsislərimiz də var. Buna görə də İTS vətəndaşa seçim imkanı verəcək. Vətəndaş onu müalicə edəcək həkimi, iynə vuracaq tibb bacısını özü seçəcək.

- İcbari Tibbi Sığorta yalnız dövlət tibb məntəqlərini əhatə edəcək?

- Bəli, hələlik dövlət tibb məntəqlərini. Bu sistemin özəl klinikalarda da tətbiqi məsələsinə baxırıq. Bu istiqamətdə müzakirələr aparılır.

Pilot layihə zamanı nümunə üçün qeyd edim, sığorta hissəsinə daxil edilməyən cərrahi əməliyyat üçün xəstəxana özəl klinika ilə müqavilə imzlayıb. Əməliyyat da həmin özəl klinkada həyata keçirilib. Düşünürəm ki, bu, uğurlu təcrübədir.

Mövzudan bir qədər kənara çıxaraq qeyd edim ki, əgər əvvəllər mənə bir deputat olaraq işlə təmin olunmaqla bağlı müraciət edirdilərsə, hazırda sağlamlıq problemləri ilə bağlı müraciət edirlər. Bunu ona görə qeyd edirəm ki, vətəndaşlarımızda sağlam həyat tərzi qabiliyyətini yüksəltmək, həkimə sağlamlıq əldən gedəndə deyil, xəstəliklə bağlı bir az şübhə yarandıqda belə müraciət etmək məsuliyyətini artırmaq lazımdır. Axı xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1399

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər