Kassirin səhvi pensiyaçını milyonçu etdi | 1news.az | Xəbərlər
Dünya

Kassirin səhvi pensiyaçını milyonçu etdi

16:39 - 13 / 07 / 2020
Kassirin səhvi pensiyaçını milyonçu etdi

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49" lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max" bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.

"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim", - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

1news.az 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər