Kəməri göbələklərdən düzəldilən saat hazırlanıb | 1news.az | Xəbərlər
Dünya

Kəməri göbələklərdən düzəldilən saat hazırlanıb

14:15 - 16 / 09 / 2019
Kəməri göbələklərdən düzəldilən saat hazırlanıb

İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihənin müəllifi olan "Mycotech" şirkətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır: "Biz dünyada ilk dəfə olaraq ekoloji təmiz saat hazırlamışıq. Onun istehsalı zamanı istifadə edilən bütün məhsullar - yalnız saatın mexanizmi çıxılmaqla - təbiətdə çox asanlıqla parçalanır".

Saatın kəməri kənd təsərrüfatı tullantılardan və göbələyin tel şəkilli köklərindən hazırlanıb.

Qəzetin yazdığına görə, ənənəvi dəri kəmərlərin hazırlanması zamanı insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrdən və rənglərdən istifadə edilir. İstehsal prosesində istifadə olunan su sonradan çaylara və digər su mənbələrinə axıdılır. Bundan əlavə, dəri istehsalı üçün nəzərdə tutulan mal-qara çoxlu miqdarda parnik qazları yaradır. Təklif olunan yeni innovasiyalı texnologiya bu çatışmazlıqlardan uzaqdır və ətraf mühit üçün təhlükəli deyil.

Bu texnologiyanın daha bir üstün cəhəti işin sürətidir. İstehsal üçün lazım olan göbələklərin yetişdirilməsinə cəmi beş gün vaxt lazımdır.

Bundan əlavə, həmin İndoneziya şirkəti həmin texnologiya vasitəsilə kənd təsərrüfatı tullantılarından tikinti blokları, lövhələr və mebel sənayesində istifadə edilən materiallar hazırlayır.

1news.az

Paylaş:
806

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər