Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

17:40 - 07 / 07 / 2020
Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxanların 55,1 faizi Bakının payına düşür.

1news.az Trend-ə istinadən bildirir ki, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 16,3 faziə çıxıb. Gəncə-Qazax zonası isə 8,3 faiz yoluxma ilə 3-cü yerdədir. 7,5 faiz yoluxma Aran zonası, 5,8 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1.3 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,4 faizi Şəki-Zaqatala, 1,6 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,2 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ötən həftədən sonra Naxçıvanda koronavirusa yoluxma halı baş verməyib.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 1,9 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,4 faizi Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 8,2 faizi Nizami, 5,7 faizi Qaradağ, 4,2 faizi Xəzər, 4,7 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib.

1news.az 

Paylaş:
679

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər