Maradona haqqında 10 maraqlı fakt | 1news.az | Xəbərlər
Futbol

Maradona haqqında 10 maraqlı fakt

17:05 - 26 / 11 / 2020
Maradona haqqında 10 maraqlı fakt

Noyabrın 25-də vəfat edən futbol əfsanəsi Dieqo Maradona bu idman növünün tarixinə öz damğasını vurub.

1news.az apasport.az-a istinadla bildirir ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi olmuş əfsanə həm meydanda, həm də kənardakı davranışları ilə daim diqqət mərkəzində yer alıb.

Rusiyalı həmkarlarımız cənubi amerikalı barədə 10 ən maraqlı faktı hazırlayıb. Bu faktları təqdim edirik:

1. Gənc vunderkindin adı mətbuata ilk dəfə 1971-ci ildə çıxıb. Amma yanlış şəkildə - qəzetdə Karadona adlı futbolun gələcək ulduzunu xatırlamaq xahiş olunurdu.

2. Maradona Argentina millisində gənclər yığmasından daha tez - 16 yaşında debüt edib.

3. Maradona "Tanrının əli" adlanan futbol tarixinin ən məşhur qoluna imza atıb. Dieqo DÇ-1986-da topu əllə İngiltərə yığmasının qapısından keçirib.

4. Maradona futbol tarixinin yeganə oyunçusudur ki, transfer qiymətində iki dəfə rekordu yeniləyib.

5. 1991-ci ildə Maradonanın qanında kokain aşkarlanıb, 15 aylıq diskvalifikasiya alıb və bir daha "Napoli"də çıxış etməyib.

6. 90-cı illərin əvvəlində Maradona pnevmatik tüfənglə 4 jurnalisti yaralayıb. 2 il 10 ay icbari cəza alıb.

7. 2005-ci ildə Maradona Argentina televiziyasında tok-şounun aparıcısı olub. Onun ilk qonaq seçimi təəccübləndirib: Studiyada Maradonanın futboldakı əsas rəqibi Pele peyda olub.

8. Maradona tatuları sevirdi. Əlində Ernesto Çeqevarra, ayağında Fidel Kastronun portreti var idi.

9. 2013-cü ildə Maradona məhkəmədə "Napoli"yə qalib gəlib. Klub Kavani barədə mini film çəkib. Dieqonun xoşuna gəlməyib ki, bəzi şəxsi fotolar icazəsiz istifadə olunub.

10. 2018-ci ilin yayında Maradona Brest "Dinamo"sunun fəxri sədri olub. Amma argentinalı Belarusda yalnız bir dəfə olub.

1news.az

Paylaş:
955

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər