Politoloq: Bako Saakyanın marzpetliyi Paşinyanın Dağlıq Qarabağ mövzusunda ikili mövqeyinin nümayişidir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Bako Saakyanın marzpetliyi Paşinyanın Dağlıq Qarabağ mövzusunda ikili mövqeyinin nümayişidir

10:44 - 21 / 10 / 2019
Politoloq: Bako Saakyanın marzpetliyi Paşinyanın Dağlıq Qarabağ mövzusunda ikili mövqeyinin nümayişidir

Dağlıq Qarabağın daxilində vəziyyət gərginləşir. Dağlıq Qarabağı və Dağlıq Qarabağdakı proseslərlə Ermənistanın özündəki proseslərin spesifikliyini bilənlər razılaşırlar ki, Dağlıq Qarabağdakı vəziyyət artıq nəzarətdən çıxır və vəziyyətin nəzarətdən çıxması Ermənistan dövlətçiliyinin taleyində ən həlledici amil rolunu oynaya bilər.

SSRİ dağılan ərəfələrdə Ermənistan ermənilərinin irəli sürdüyü əsas şüar “İvan çamadanını götür, get evinə”, indi isə hal-hazırda eyni yanaşma Dağlıq Qarabağ klanına şamil edilir. Səbəbsiz də deyil. Çünki erməni xalqı istədiyinə nail ola bilmədi. Çox böyük ümidlər yaradıldı. Həqiqətən dünya erməniliyinin çox böyük də potensialı var idi. Məhz Qarabağ məsələsinə görə Ermənistanın və dünya erməniliyinin potensialı hal-hazırda minimaldır. Əgər Fransa prezidenti Jak Şirakı Ermənistana səfərə gətirən A.Çuruk kimi milliyyətcə erməni şirkət rəhbəri var idisə, ABŞ da  E.Cerecyan  prezident müşaviri,  milliyyətcə erməni 5-6 konqresmen, senator və qubernator idisə, indi belə ermənilər yoxdur.

 “Avrora” mükafatının təsisçici, “Troyka-dialoq”un rəhbəri R.Vardanyanın atdığı addımları göstərirdi ki, dünya erməniliyinin 88-ci ildə olan gücünə yaxınlaşmaq Ermənistanın baş bilənləri üçün əl çatmazdır. Belə vəziyyətdə Ermənistanın rəhbərliyi N.Paşinyandır. Paşinyanın bütün atdığı addımlar qeyri-dəqiqdir və heç bir konseptual məzmuna malik deyil. Amma bu o demək deyil ki, N.Paşinyan dünya erməniliyinin qarşısında duran problemi bilmir. N.Paşinyan çox gözəl bilir ki, dünya erməniliyini iflasa uğradan Dağlıq Qarabağ məsələsidir. Ona görə N.Paşinyanın Dağlıq Qarabağ məsələsinə yanaşması ikilidir, hələ də başa düşmək olmur ki, o, Dağlıq Qarabağ məsələsini doğrudan da həll etmək istəyir, yoxsa Dağlıq Qarabağ klanının maraqları çərçivəsində bu tənzimlənməni yubatmaq istəyir.

Zaman isə Ermənistanın rəhbərliyini sıxır, bəzi məsələlərdə konkretliklər üzə çıxır. Bunlardan biri qondarma qurumun de-fakto rəhbəri B.Saakyanı Yerevanda qəbul edərkən N.Paşinyanın ona xitabən marzpet və ya qubernator deməsidir. Yəni Dağlıq Qarabağ Ermənistanın bir tərkib hissəsi, quberniyasıdır və B.Saakyanı N.Paşinyan qubernator və yaxud marzpet vəzifəsində saxlayacaq. Beləliklə, N.Paşinyan özünün Dağlıq Qarabağdakı seçkilərə hazırlıq kampaniyasını şübhə altına alır. Masis Mailyan hal-hazırda ciddi surətdə seçkilərə hazırlaşır. Həm də Dağlıq Qarabağ əgər Ermənistanın tərkib hissəsidirsə o zaman N.Paşinyanın Azərbaycan Respublikasının Prezidenti ilə və yaxud ATƏT-in Minsk Qrupu ilə danışıqlar aparmasına da ehtiyac qalmır.

Eyni zamanda o da mümkündür ki, N.Paşinyanın B.Saakyana marzpet və yaxud qubernator deməsi də Paşinyanın B.Saakyanı aldatması və yaxud dilə tutması anlamında başa düşülə bilər. Çünki N.Paşinyan B.Saakyanı Dağlıq Qarabağla əlaqəli ən azı 3 görüşdən sonra qəbul etdi. Aşqabadda Paşinyan  çox pis atmosferdə Azərbaycan Respublikasının Prezidenti ilə söhbət etməyə məcbur oldu. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş, eləcə də Gürcüstanın Baş naziri Q.Qaxariyanın Yerevanda olarkən Dağlıq Qarabağ məsələsini qabartmasını, RF prezidenti V.Putinin N.Paşinyanla ayaqüstü görüşünü də bura əlavə edə bilərik. N.Paşinyan V.Putinə Dağlıq Qarabağ mövzusunu sırımaq istədi. Hər halda RF prezidenti V.Putinin verdiyi reaksiya Paşinyanı qane edici olsaydı, dərhal bunu mətbuata çıxarardı. Belə olan halda N.Paşinyan nəyə getdiyini bilsə də sonda da nə cür hərəkət edəcəyi ona bəlli deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verən digər proseslərdə onun tutduğu mövqe kifayət qədər ciddi səhvdir. Əgər o, bu gün 5 il bundan qabağa hərbi büdcəni artırmağı planlaşdırırsa və bunun əvəzində Ermənistanda vacibi iqtisadi layihələrə pul tapılmırsa, bu Paşinyanın konseptual düşüncəyə malik olmadığının ən yaxşı göstəricilərindən biridir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
540

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər