Vestel Avropada yenilikləriylə səs gətirdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vestel Avropada yenilikləriylə səs gətirdi – FOTO

15:00 - 13 / 09 / 2019
Vestel Avropada yenilikləriylə səs gətirdi – FOTO

Berlində Avropanın ən böyük texnoloji sərgisi – IFA 2019-a yekun vurulub.

Almaniyanın paytaxtı Berlində təşkil olunan IFA sərgisi sona çatdı. 3000 m2-lik stendi ilə sərgidə aktiv iştirak edən markalardan biri də Vestel oldu.

Vestel-in Xarici ticarət üzrə direktoru Seda Kaya: "Öz texnologiyasını 155 ölkəyə ixrac edən və 21 ildir ki, Türkiyənin elektronika ixracatı lideri olan Vestel bütün fəaliyyətlərində "Ağıllı Həyat 2030" hədəfinə uyğun olaraq, insanların, cəmiyyətin və ümumilikdə planetimizin gələcək rifahını təmin etmək üçün çalışır və davam etdirilə bilən texnoloji həllərin istehsalına fokuslanır. Bu hədəf üzrə fəaliyyət göstərərək istehsal etdiyimiz ən az elektrik enerjisi və su işlədən, yuyucu tozsuz yuma funksiyasına sahib, vakuum cihazları ilə qidaların istifadə ömrünü uzadan ev əşyalarımız müştərilər tərəfindən rəğbətlə qarşılanır".

Enerji ehtiyatlarının get-gedə azaldığı dünyamızda insanlar təbiət dostu və daha az sərfiyyat tələb edən məhsullara doğru meyil edir. Vestel də bu tendensiyaya xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu şirkətin məhsulları dünya rekordu səviyyəsində elektrikə və suya qənaət edir.

Təbiət dostu texnologiyaları ilə sərgidə diqqətləri özünə cəlb edən Vestel-in yeni qabyuyan maşınları həm də meyvə-tərəvəz yuma funksiyasına sahibdir. Araşdırmalara görə, bir evdə meyvə-tərəvəz yuyulduqda ildə orta hesabla 18 ton su sərf edilir. Vestel-in innovativ məhsulu da bu problemin həllini azaltmaq məqsədi daşıyır.

Vestel-in işləyib hazırladığı unikal SteriliZone texnologiyası ilə təchiz edilmiş paltaryuyan maşınlar isə əlavə kimyəvi maddələrdən istifadənin qarşısını alır. Belə ki cihazın qapağına quraşdırılmış xüsusi ultrabənövşəyi şüa yayan mənbə, paltarları emal edərək, bakteriyaların DNT-sinə nüfuz edir və onların yenidən artmasını əngəlləyir.

IFA-da sərgilənən digər Vestel məhsullarından ThawTech texnologiyasına sahib soyuducu xüsusi diqqət çəkib. Bu texnologiya vasitəsilə dondurucuda saxlanan qidaların uzaqdan idarə edərək sağlam formada donunu açmaq mümkündür.

Vestel-in rekordçu məhsullarından olan Hydro Charge texnologiyalı paltaryuyan maşın, çox az miqdarda yuyucu tozla kifayətlənərək, həm paltarları effektiv yuyur, həm də təbiəti qorumağa yardım edir. Hydro Boost texnologiyasına sahib olan paltaryuyan maşın isə su və yuyucu toz məhlulunu baraban içindəki 14 fərqli nöqtədən paltarlara su çiləyərək məhlulun parçaya daha çox hopmasını təmin edir.

Sərgidə ümumilikdə 100 ölkədən 1800-dən çox məhsul, texnologiya və dizayn həvəskarlarına təqdim edilib.

Reklam hüququnda

Paylaş:
712

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər