Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO

13:28 - 09 / 12 / 2019
Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO

Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, rayon ictimaiyyətinin, ağsaqallar və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov qeyd etdi ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu günkü dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırıldı, sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video görüntülər fonunda əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səsləndi.

Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatdı.

Mərasim çox təsirli və yaddaqalan keçdi.

S.Xankişiyeva

Paylaş:
654

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər