İranla Fransa arasında şərab problemi yaşanıb | 1news.az | Xəbərlər
Dünya

İranla Fransa arasında şərab problemi yaşanıb

21:24 - 10 / 11 / 2015
İranla Fransa arasında şərab problemi yaşanıb

İran prezidenti Həsən Ruhani Parisə edəcəyi rəsmi səfər əsnasında şərəfinə veriləcək ziyafətdə masaya şərab verilməsini istəməyincə Fransa dövləti naharı ləğv edib.

1news.az-ın CNN Turk-ə istinadən verdiyi xəbərdə Ruhaninin Parisə edəcəyi rəsmi səfər əsnasında şərəfinə veriləcək işçi naharı zamanı masaya şərab verilməsini istəmədiyini və menyunun tamamilə halal yeməklərdən ibarət olmasını tələb etdiyi bildirib.

Fransa dövləti öz növbəsidə bunun “respublika prinsiplərinə zidd”olduğunu bildirərək naharın ləğv edildiyibəyan edib.

Vəziyyətdən çıxış yolu olaraq Fransanahar əvəzinə səhər yeməyini təklif edib, bu dəfə də İran bunun “çox sadə” olması ilə rədd cavabı verib.

Xatırladaq ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani noyabrın 17-də Parisdə Fransa prezidenti Fransua Ollandla görüşəcək.

1news.az

Paylaş:
1228

Son xəbərlər

Bütün xəbərlər