Növbəti həftədən həyət evlərinin sənədləşdirilməsi başlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Növbəti həftədən həyət evlərinin sənədləşdirilməsi başlayacaq

13:00 - 24 / 11 / 2015
Növbəti həftədən həyət evlərinin sənədləşdirilməsi başlayacaq

Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında həyət evlərinin sənədləşdirilməsi məsələsinə toxunarkən deyib: "Hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək".

Komitə rəsmisi, həmçinin jurnalistlərə verilən mənzillərin çıxarışlarının növbəti həftədən etibarən veriləcəyini də deyib: "Növbəti həftə sənədləşmə işlərinin başlanacağını düşünürük. Hesab edirəm ki, "kütləvi çixarış" kampaniyası çərçivəsində jurnalistlərin də evləri sənədləşdiriləcək".

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər