Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

16:34 - 25 / 11 / 2015
Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə ilə müharibəyə hazırlaşmırıq.

1news.az-ın APA-ya istinad edərək verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib:

“Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, Su-24 təyyarəsinin vurulması ilə bağlı bizə başsağlığı verdi”.
S.Lavrov M.Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib:

“Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.

S.Lavrov iddia edib ki, Su-24 Suriyada “İŞİD”in neft yataqlarına zərbə endirdikdən sonra vurulub:

“Türkiyə ilə müharibəyə hazırlaşmırıq. Lakin Türkiyə ilə münasibətlərə yenidən baxılacaq”.

1news.az

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər