Namiq Əliyev: Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər | 1news.az | Xəbərlər
İdman

Namiq Əliyev: Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər

12:34 - 20 / 11 / 2015
Namiq Əliyev: Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər

Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

Sportbox.az-ın məlumatına görə, hər üç güləş növü üzrə yığma komandaların üzvləri turnirə hazırlıqları davam etdirir.

Bu gün sərbəst güləş üzrə yığma komandanın açıq məşqi keçirilib. Məşqdə əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçiləri də iştirak ediblər.

Hazırlıqları yaxından izləyən Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Federasiya rəsmisi güləşçilərin hazırlıq səviyyəsindən razı qaldığını deyib:

“Hazırlıq prosesi yüksək səviyyədə davam edir. Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər. Bilirsiniz ki, gələn il bizi Yay Olimpiya Oyunları gözləyir. “Qızıl Qran Pri” turnirində də əsas komandanın əksər üzvləri iştirak edəcəklər. Eyni zamanda, digər perspektivli idmançıları da sınaqdan keçirmək imkanımız olacaq. Qarşıdakı təlim-məşq toplanışlarında və yarışlarda əsas məqsədlərimizdən biri idmançılarımızın hazırlıq səviyyəsini yüksəltməkdir. Rioda böyük uğurlar qazanmaq istəyirik.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran Pri” turnirinin gedişində Avropa Güləş Konfederasiyasının konfransının keçirilməsi nəzərdə tutulub. İlk dəfə keçirilən bu tədbirdə Avropa və dünya güləşindəki mövcud vəziyyət müzakirə ediləcək, güləşin inkişafı üçün yeni fəaliyyət proqramının hazırlanması barədə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Yarışlar İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Sportbox.az

Paylaş:
1274

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər