«Qarabağ» evdə uduzdu, «Qəbələ» səfərdə bərabərə qaldı | 1news.az | Xəbərlər
Futbol

«Qarabağ» evdə uduzdu, «Qəbələ» səfərdə bərabərə qaldı

11:49 - 27 / 11 / 2015
«Qarabağ» evdə uduzdu, «Qəbələ» səfərdə bərabərə qaldı

UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

Sportbox.az-ın məlumatına görə, mötəbər turnirdə ölkəmizi təmsil edən klublarımız – “Qarabağ”la “Qəbələ” də meydana çıxıblar.

Öz meydanında “Tottenhem”i qonaq edən “Qarabağ” qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb. 78-ci dəqiqədə künc zərbəsindən sonra futbolçularımız qonaqların hücumçusu Harri Keynin fərqlənməsinə mane ola bilməyiblər.

Bu məğlubiyyətdən sonra “Qarabağ” qrupunda sonuncu pilləyə düşüb. İngiltərə təmsilçisi isə növbəti mərhələyə vəsiqəni təmin edib.

Digər təmsilçimiz “Qəbələ” isə səfərdə PAOK-un qonağı olub. Tərəflərin bütün cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb və görüş qolsuz bərabərliklə başa çatıb.

Bu görüşdən sonra “Qəbələ”nin növbəti mərhələyə çıxmayacağı dəqiqləşib. Təmsilçimizin qarşıda daha iki oyunu qalsa da, bu oyunlarda qazanılacaq istənilən nəticə ona final mərhələsinə çıxmaq üçün bəs etməyəcək.

Buna isə “qırmızı-qaralar”la eyni qrupda mübarizə aparan “Krasnodar”la “Borussiya”nın oyununda qeydə alınmış nəticə səbəb olub. Rəqibi üzərində minimalhesablı qələbə qazanan ruslar xal ehtiyatını 10-a yüksəldərək “Borussiya” ilə birlikdə növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.

UEFA Avropa Liqası, qrup mərhələsi

V tur

26 noyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) - 0:1

Qol: Keyn, 78

C qrupu

PAOK (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 0:0

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər