Maurisio Poçettino: Bakıda azarkeşlərin davranışı bizim üçün sürpriz oldu
“Qarabağ” çox güclü komandadı. İlk dəfədi evdə uduzur.
Sportbox.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ı minimal hesabla məğlub edən “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino deyib:
“Çətin oyun oldu. Yaxşı mübarizə oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtəm. Bazar günü “Çelsi”yə qarşı çətin oyunumuz var. Əsas odur ki, komandam Londona yaxşı əhval-ruhiyyədə qayıdacaq. Bəlkə fiziki cəhətdən istədiyimiz formada olmayacağıq. Amma yol boyu tibbi heyət oyunçuların durumunu qaydasına salmağa çalışacaq.
Baş məşqçi “Qarabağ”ın hücumçusu Puponun zədələndiyi zaman futbolçularının topu meydandan kənara çıxarmamaları ilə bağlı da sualı cavablandırıb:
“Təbii ki, mən də buna üzgünəm. Razı qalmadım. Futbolçunun yerdə qaldığı imkanda topu kənara atmaq mümkün deyildi. Mən yenə də təəssüf hissi keçirirəm. Üzr istəyirəm. Amma hakim də müdaxilə edə bilərdi. Əlavə etmək istəyirəm ki, Bakıda azarkeşlərin davranışı bizim üçün müsbət mənada sürpriz oldu”.