Azərbaycan idmançısı Qazaxıstana dünya çempionluğu qazandırdı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan idmançısı Qazaxıstana dünya çempionluğu qazandırdı

11:40 - 25 / 11 / 2015
Azərbaycan idmançısı Qazaxıstana dünya çempionluğu qazandırdı

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatı davam edir.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan milli komandasının heyətində dünya çempionu olub.

77 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı Rəhimov birdən 165 kq, təkanla 201 kq ağırlığın öhdəsindən gələrək, iki hərəkətin cəmində 372 kq nəticə göstərib.

KXDR təmsilçisi Kvanq Sonq Kimin də toplam nəticəsi eyni olub. Amma Qazaxıstan millisinin üzvü öz çəkisinin (75,88 kq) şimali koreyalıdan (76,76 kq) az olması üzündən qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Hyustondakı dünya çempionatının əvvəlki yarış günlərində Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medala sahib olub.

1news.az

 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər