“Time” jurnalı Angela Merkeli “İlin adamı” seçib
Almaniya kansleri Angela Merkel ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.
1news.az-ın“РИА Новости”agentliyinə istinadən verdiyi xəbərə görə, A.Merkelin bu ada layiq görülməsinin səbəbləri il ərzində siyasi, iqtisadi hadisələrin, eləcə də miqrant böhranı ilə bağlı tənqidlərin mərkəzində olması ilə əlaqədardır.
“İlin adamı” nominasiyasında Almaniya kanslerinin rəqibləri Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və ABŞ prezidentliyinə namizəd Donald Tramp olub.
Qeyd edək ki, ötən il “İlin adamı” tituluna “Ebola” virusu ilə mübarizə aparan şəxslər layiq görülüb.
1news.az
863