Rusiyada Bakıdan gələn qızılgülləri yandırdılar | 1news.az | Xəbərlər
Dünya

Rusiyada Bakıdan gələn qızılgülləri yandırdılar

12:14 - 09 / 12 / 2015
Rusiyada Bakıdan gələn qızılgülləri yandırdılar

Kazan aeroportunda Bakıdan gələn sərnişinin əl baqajında Rusiyaya gətirilməsi qadağan edilən dörd qızılgül pöhrəsi aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Rosselxoznadzorun mətbuat xidməti məlumat yayıb.

“Bakıdan gələn sərnişinlərin əl baqajına baxış zamanı Rusiyaya gətirilməsi qadağan edilən qızılgül pöhrəsi aşkar edilib (4 ədəd).

Rusiyaya Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin əl baqajında bitki mənşəli məhsulların gətirilməsi barədə müvəqqəti məhdudiyyətlər 2012-ci ilin aprel ayının 16-dan tətbiq edilib və indiyə qədər qüvvədədir”, - idarədən bildiriblər.

Qızılgüllər Rosselxoznadzorun nümayəndəsinin nəzarəti altında aeroportun utilizasiya sobasında yandırılıb.

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər