“Air France” aviaşirkəti Paris terroruna görə 50 milyon avro itirib
“Air France” aviaşirkəti ötən ay uçuşların təxirə salınmasına görə, 50 milyon avro itirib.
1news.az “Euronews”a istinadən xəbər verir ki, Fransaya səfərlərin ləğv olunmasına səbəb ötən ay Parisdə baş vermiş terror aktlarıdır.
Buna baxmayaraq aviaşirkətdə hesab edirlər ki, ilin sonuna hələ var və sərnişinlərin sayının artırılması hədəfinə nail olacaqlar.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş silsilə terror aktları nəticəsində 130-dan artıq insan həlak olub, 352 nəfər isə yaralanıb.
1news.az
655