Facebook-un sahibi müsəlmanların dəstəyinə qalxıb | 1news.az | Xəbərlər
Dünya

Facebook-un sahibi müsəlmanların dəstəyinə qalxıb

09:00 - 10 / 12 / 2015
Facebook-un sahibi müsəlmanların dəstəyinə qalxıb

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.

1news.az xarici mətbuata istinad edərək xəbər verir ki, bu barədə o, öz rəsmi Facebook səhifəsində yazıb:

"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", - deyə o bildirib.

Sukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər