İsrail Türkiyəyə qaz tədarük etməyə hazır olduğunu bəyan edib | 1news.az | Xəbərlər
Dünya

İsrail Türkiyəyə qaz tədarük etməyə hazır olduğunu bəyan edib

09:40 - 10 / 12 / 2015
İsrail Türkiyəyə qaz tədarük etməyə hazır olduğunu bəyan edib

Azərbaycan və Qətərdən sonra Türkiyənin dəstəyinə İsrail də qoşulub.

1news.az “Huriyyet” qəzetinə istinad edərək xəbər verir ki, bunu parlamentin iqtisadi komissiyasında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır:

"Biz bu məsələnin iki ölkə arasında münasibətlərin düzəlməsinə şərait yaradacağına ümid edirik. İsrail həmçinin Yunanıstan, İordaniya, Misir və Kiprə də qaz satmaqda maraqlıdır".

İsrailin hazırda Aralıq dənizində istifadəyə verdiyi iki ən böyük qaz yatağı var. Bunlar "Tamar" və "Leviafan" yataqlarıdır. Bu yataqların işlədilməsini isə ABŞ-ın "Nobl Enerji" və İsrailin "Delek Qrup" şirkətləri həyata keçirir.

Qeyd edək ki, Türkiyə-Rusiya münasibətlərinin pozulmasından sonra Moskva "Türk axını" layihəsini dayandırdığını bəyan edib. Lakin Rusiya Türkiyəyə qaz nəqlini dayandırmayıb. Türkiyə tərəfi bu məsələnin iki ölkə arasında imzalanan müqaviləəsasında təmin ediləcəyini bildirib. Rusiyadan sonra Türkiyənin ən çox qaz aldığı ölkə olan İran isə Ankaraya qaz nəqlini qısa müddətlik 50%-ə endirib. Rəsmi Tehran buna əsas səbəb kimi ölkədə sərt şaxtaların olmasını göstərib.

1news.az

Paylaş:
961

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər