Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHI

15:21 - 11 / 12 / 2015
Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHI

Milli Televiziya və Radio Şurası nitqində qüsur olan aparıcıların adlarını açıqlayıb.

1news.az publika.az-a istinadən xəbər verir ki, "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi çərçivəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçıları proqramlarının monitorinqlərinin nəticələri əsasında telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb.

Nitqində qüsur olan aparıcılar ATV-nin xəbər proqramının aparıcıları Ceyhun Səfər, Gülnar Muxtarqızı, hava proqramının aparıcısı Kəmalə Piriyeva, Məryəm Əlisoy, "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov, "10-lar" verilişinin aparıcısı Afaq Gəncəli, "ATV maqazin" verilişinin aparıcısı Nərgiz Vahabqızı, "Nanəli" verilişinin aparıcısı Nanə Ağamalıyeva, "Xeyrə qarşı" verilişinin aparıcısı İlqar Mikayıloğlu, "Öz aramızda"verilişinin aparıcısı Zaur Baxşəliyev, "Hər axşam" verilişinin aparıcısı Azər Axşam, "V element" verilişinin aparıcısı Kamilə Babayevadır.

"Xəzər TV"nin xəbərlər proqramının aparıcıları Nəcəf Həsənov, Günel Qədimova, Aqşin Kamal, "Hər şey daxil" əyləncəli proqramını aparıcıları Sevil, Sevinc bacıları, "Ay Zaur" verilişinin aparıcısı Zaur Kamal, "Səyyah" verilişinin aparıcısı Səbuhi Səyyahdır.

"Space" xəbər aparıcıları Elvin Basqallı, Fərqanə Səfər, "Yumor məktəbi" verilişinin aparıcısı Tünzalə Əliyeva, "Görüş yeri" verilişinin aparıcıları Elçin Əlibəyli, Tahirə Məmmədqızı, "Sənətsevər" verilişinin aparıcısı Zəhra Rüstəm-Osmanovadır.

"Lider TV"nin xəbərlər informasiya proqramının aparıcıları Şəbnəm Hümbətova, Mehman Mehdiyev, Günel Gözəlova, Aysel Fərziyeva, Sahil İsgəndərov. "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərqızı, "Solo" verilişinin aparıcısı Murad Arif, "Ay ev yiyəsi" verilişinin aparıcısı Lalə Əlimuxtarovanın adı var.

"ANS" telekanalının "Xəbərçi" informasiya proqramının aparıcıları Rita Ömərova, Natiq Nailoğlu, Natəvan Babayeva, Çinarə Vaqif, Xanım Yadigarlı, Xatirə Məmmədova, İlkin Kərimov, Ləman Əliəşrəfqızı, Əfsanə Mehdiyeva, digər diqqət çəkən aparıcılardan Xoşqədəm Hidayətqızı ("Sən tək deyilsən") , Elgiz Əkbər ("Günəbaxan"), Ülvira Qarayeva ("Beş barmaq"), DJ Aynur ("Bura Azərbaycandır"), Xanım Eynullayevadır ("Şoubiz"). İTV-nin "Carçı" xəbərlər proqramının aparıcıları - Pərviz Məsməliyev, Günay Namidar, Nigar Sabirqızı, Ramiz İdrisoğlu, Füruzə Qurbanlı, "Sağlam yaşamaq" verilişinin aparıcısı Xədicə Sənanqızı, "Yeni gün" verilişinin aparıcısı Saleh Bağırovdur. Region TV-nin "Region xəbər" informasiya proqramının aparıcısı Elnarə İbrahimova, "Bu gün" verilişinin aparıcıları Səlminə Ələkbərli, Vüsalə Camal, Günay Yelmarqızı və digərləri də siyahıda yer alır.

Paylaş:
7131

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər