Avropaya gedən suriyalı qaçqınlardan çoxu ali təhsillidir
BMT-nin qaçqınlar üzrə idarəsi (UNHCR)Avropaya gedən Suriyadan olan qaçqınların çoxunun çadır düşərgələrinin sakini olması fikrini təkzib edib.
Bu haqda BMT-nin radio xidmətinin məlumatında bildirilir.
Yunanıstana aprel-sentyabr ayları ərzində keçən1245 suriyalı qaçqınlar arasında arapılan sorğulara əsasən onlardan 85%-i orta və ali təhsillidirlər.
“Onlardan 62%-i Dəməşq, Hələb, Homs və Rəkka kimi iri şəhərlərdə yaşayıblar. Onlar içərisində tələbə və müəllim, hüquqşünas, həkim, dizayner, İKT sahəsindəmütəxxəsis olan gənc peşəkarlar var”, - UNHCR-in mətbuat katibi Melissa Fleminq deyib.
Fleminqin sözlərinə görə, demək olar ki, respondentlərin hər dörd nəfərdən biri hələ də Suriyada qohumlarını axtarır və hər beş nəfərdən biri ailə üzvlərindən bir və ya bir neçəsi ilə ayrı düşüb.
1news.az