Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısı məlum olub - FOTO
Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısının adı məlum olub.
1news.az-ın “Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, istintaq zamanı məlum olub ki, 103 nəfərin ölümü ilə nəticələnən Ankara partlayışlarının əmrini İlhami Balı adlı İŞİD üzvü verib.
Türkiyənin Hatay vilayətində qeydiyyatda olan bu terrorçunun hazırda Suriyada gizləndiyinə diqqət çəkən Ankara rəsmiləri, hesab edir ki, Diyarbakır və Suruç bölgələrində törədilən qanlı terror aktlarının təşkilatçısı da elə İ.Balıdır.
Beləliklə, İŞİD qruplaşması üzvü 140-dan çox həmyerlisinin ölümündə şübhəli bilinir.
1news.az
662