Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək

18:05 - 13 / 12 / 2015
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək.

Bu barədə APA-nın Gürcüstan müxbirinə bu ölkənin xarici işlər naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər: "Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq".

APA

Paylaş:
1000

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər