Azərbaycan Ordusunun əsgəri şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun əsgəri şəhid olub

09:38 - 15 / 12 / 2015
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

1news.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1news.az

Paylaş:
742

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər