Azərbaycan yüksək insan inkişafı səviyyəsinə malik olan ölkələr siyahısına daxil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan yüksək insan inkişafı səviyyəsinə malik olan ölkələr siyahısına daxil edilib

12:10 - 15 / 12 / 2015
Azərbaycan yüksək insan inkişafı səviyyəsinə malik olan ölkələr siyahısına daxil edilib

Azərbaycan yüksək insan inkişafı səviyyəsinə malik olan ölkələr siyahısına daxil olaraq ümumi reytinqdə 78-ci mövqeni tutub.

Azərbaycanda İnsan İnkişafı İndeksi (İİİ) 0,751 təşkil edir, bu haqda məlumat bu yaxınlarda BMT-nin İnkişaf Proqramında “İnsan İnkişafı Məruzəsi-2015”-də dərc olunub.

Yüksək insan inkişafı səviyyəsi siyahısına Belorus və Rusiya liderli edir: hər iki ölkə 50-ci mövqedə qərarlaşıb. Daha sonra postsovet respublikalarından: Gürcüstan (76-cı), Ukrayna (81-ci) və Ermənistanın (85-ci) adları qeyd olunub. Otra inkişaf səviyyəli ölkələr arasında – Moldova, Türkmənistan, Özbəkistan və Qırğızıstan göstərilib.

Ümumi reytinqdə Norveç, Avstraliya və İsveç liderlik təşkil ediblər. İndeks dünyanın cəmi 188 ölkəsinin məlumatını özündə birləşdirir. Siyahının son sıralarında Eritreya, Mərkəzi Afrika və Nigeriyanın adları qeyd olunub.

İnsan İnkişafı İndeksi – 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir.

Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir:uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).

1news.az

Paylaş:
2259

Son xəbərlər

Bütün xəbərlər