Azərbaycan “Bala Türkvizyon-2015” müsabiqəsində birinci oldu – FOTO
Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının əməkdaşı Nuray Rəhman Türkiyədə keçirilən “Türkvizyon” - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan “Bala Türkvizyon” ilk uşaq mahnı müsabiqəsinin qalibi olub.
13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada “Uşaqlıq illəri” mahnısı ilə (musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmova) 115 xal toplayaraq, qalib gələn digər həmyerlimiz Əhməd Əmirli də birincilik qazanıb.
Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.
1news.az
1230