Avropa Şurasının baş katibi öz nümayəndələrini Azərbaycana göndərəcək
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasının şərtlərini yerinə yetirməsi məsələsi ilə bağlı rəsmi prosedura start verildiyini açıqlayıb.
Bu haqda Avropa Şurasının mətbuat xidmətinin məlumatında qeyd olunur ki, T.Yaqland öz nümayəndələrini Azərbaycana göndərəcəyini və hökumətdən bu konvensiyanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı məlumat istəyəcək.
İnsan Hüquqları üzrə Avropa Konvensiyasının52№-li maddəsi Avropa Şurasının baş katibinə müvafiq istintaqı başlamaq üçünimkan verir ki, Avropa Şurasının hər bir üzv-dövlətinin milli qanunvericiliyi konvensiyanın reallaşdırılmasına lazımi zəmanət verməyi aydınlaşdırsın.
Məlumatda o da qeyd olunur ki, müvafiq mexanizm Avropa Şurası tərəfindən çox nadir hallarda istifadə olunur. T.Yaqland bu tədbiri ilk dəfədir ki, həyata keçirir.
1news.az