Millimiz Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq | 1news.az | Xəbərlər
Futbol

Millimiz Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq

17:10 - 16 / 12 / 2015
Millimiz Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq

2016-cı ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirinin püşkü atılıb.

Sportbox.az-ın məlumatına görə, 2-13 yanvar tarixlərində baş tutacaq turnirdə iştirak edəcək 14 komanda 3 qrupa bölünüb. İki qrupda 5, birində 4 komanda mübarizə aparacaq.

1998-ci il təvəllüdlü futbolçulardan ibarət yığmaların mübarizə aparacağı turnirdə millimiz Sloveniya, Latviya və Bolqarıstanla birgə C qrupunda çıxış edəcək.

A qrupu: Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva

B qrupu: Finlandiya, Qazaxıstan, Estoniya, Moldova, Rusiya

C qrupu: Sloveniya, AZƏRBAYCAN, Latviya, Bolqarıstan

Qeyd edək ki, yarışın oyunları Peterburq İdman Konsert Kompleksi və “Zenit” İdman Oyunları Sarayında baş tutacaq.

Sportbox.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər