Dövlət Təhlükəsizlik Xidmətinin MTN-dən əsas fərqi – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Təhlükəsizlik Xidmətinin MTN-dən əsas fərqi – VİDEO

12:35 - 16 / 12 / 2015
Dövlət Təhlükəsizlik Xidmətinin MTN-dən əsas fərqi – VİDEO

Məlum olduğu kimi, prezidentin sərəncamı ilə  Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzində iki qurum - Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

1news.az-ın ANS Press-ə istinadən verdiyi xəbərə görə, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev “Nəzər Nöqtəsi”ndə yeni xidmətlərin prespektivliyi ilə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 

– Arif müəllim, hazırda cəmiyyətdə belə bir rəy formalışıb ki, Milli Təhlükəsizlik Nazirliyi məhz ona görə ləğv olundu ki, ictimaiyyətin artıq bu quruma olan etibarı zədələnib. Ona görə belə bir addım atıldı? 

- Xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən 14 dekabr 2015-ci il tarixli fərmanına əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. İki müstəqil xüsusi xidmət orqanın yaradılması haqqında fərman, əlbəttə ki, çox müdrük və mütərəqqi bir addımdır. Bu, eyni zamanda müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır. Həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxmasıdır. 

– Bəs niyə məhz bu məqamda bu addım atıldı? 

– Kəşfiyyat və əks kəşfiyyat təminatına cavabdeh qurumların müstəqil dövlət strukturları qismində fəaliyyət göstərməsi dünya dövlətlərin təcrübəsində geniş yayılıb. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Avropa ölkələri, hətta MDB dövlətlərin təcrübəsinə nəzər salsaq həmin ölkələrin də təhlükəsizlik və xüsusi xidmət orqanlarının məhz bu xidmət formatında fəaliyyət göstərdiyini şahidi olarıq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

Paylaş:
846

Son xəbərlər

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv!Bu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13
Bütün xəbərlər