«Qarabağ» «Sumqayıt»la bacarmadı, «Zirə» ikinci pilləyə yüksəldi | 1news.az | Xəbərlər
Futbol

«Qarabağ» «Sumqayıt»la bacarmadı, «Zirə» ikinci pilləyə yüksəldi

10:30 - 17 / 12 / 2015
«Qarabağ» «Sumqayıt»la bacarmadı, «Zirə» ikinci pilləyə yüksəldi

Topaz Premyer Liqasında XVII turun növbəti qarşılaşmaları keçirilib.

Sportbox.az-ın məlumatına görə, ikinci oyun günündə azarkeşlər iki qarşılaşmaya şahidlik ediblər.

Günün ilk qarşılaşmasında lider “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. İlk dövrədəki oyunda gözlənilməz qələbə qazanan “kimyaçılar” bu dəfə də Qurban Qurbanovun komandasına qalib gəlməyə yaxın olublar.

Ağdam təmsilçisi hesabda 2 top fərqi ilə geri düşsə də, son anda məğlubiyyətdən qaçmağı bacarıb.

Günün digər qarşılaşmasında liderlər qrupunda qərarlaşan “Zirə” ilə “qəbələ” üz-üzə gəlib.

Son oyunlarda zəif təsir bağışlayan əyalət təmsilçisi bu dəfə də ümidləri doğrulda bilməyib. Rəqibinə minimal hesabla məğlub olan Roman Qriqorçukun yetirmələri iki pillə geriləyiblər. “Zirə” isə əksinə, ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, tura bu gün baş tutacaq iki qarşılaşma ilə yekun vurulacaq. “Neftçi” AZAL-la, “Xəzər Lənkəran” isə “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Topaz Premyer Liqası

XVII tur

16 dekabr (çərşənbə)

“Zirə” – “Qəbələ” - 1:0

Qol: Nicat Qurbanov, 24

“Qarabağ” – “Sumqayıt” - 2:2

Qollar: Riçard Almeyda, 57 (pen.), Dani, 89 - Amil Yunanov, 7, Mikayıl Rəhimov, 52

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə 

17

7

8

2

16-12

29

3

İnter    

17

7

6

4

16-12

27

4

Qəbələ 

17

7

6

4

23-12

27

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

Sumqayıt

17

3

8

6

20-24

17

8

AZAL   

16

4

4

8

9-17

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

17

2

5

10

9-23

11

Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 7 qol, Aleksey Antonov (“Qəbələ”), Ruslan Qurbanov (“Neftçi”) – 6 qol.

Sportbox.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər