Maurinyo «Çelsi»dən qovuldu
“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.
Sportbox.az-ın məlumatına görə, komandanın bu mövsüm olduqca zəif çıxış etməsi klub rəhbərliyinin səbr kasasını daşırıb və vəziyyətdən çıxış yolu kimi baş məşqçi dəyişikliyinin edilməsinə qərar verilib.
Artıq komandanın yeni baş məşqçisinin kimliyinə də aydınlıq gəlib. Belə ki, növbəti turlarda komandanı oyunlara təcrübəli mütəxəssis Quus Hiddinq çıxaracaq. Daha əvvəl də “zadəganları”ı çalışdırmış Hiddinqlə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, Premyer Liqanın geridə qalan 16 turunda cəmi 15 xal toplayan “Çelsi” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Sportbox.az
860