Rasim Musabəyov: Qəribədir, Peskov Putinə başa salmayıb ki, bu ifadələri Türkiyə nə unudacaq, nə də bağışlayacaq? | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Qəribədir, Peskov Putinə başa salmayıb ki, bu ifadələri Türkiyə nə unudacaq, nə də bağışlayacaq?

16:57 - 18 / 12 / 2015
Rasim Musabəyov: Qəribədir, Peskov Putinə başa salmayıb ki, bu ifadələri Türkiyə nə unudacaq, nə də bağışlayacaq?

Rusiya prezidenti öz dəsti-xəttinə uyğun tərzdə KİV nümayəndələri ilə illik iclas keçirib.

Rusiya prezidentinin çoxsaatlıq mətbuat konfransını qısa şərh etmək çətin olsa da, lakin onun bəzi “keçidlərini” qeyd etmək lazımdır. Beləliklə, Putin bəyan edib ki, Suriyada Əsəd düşmənlərinə qarşı bombardmançı təyyarələr göndərərək sən demə o, bilmirmiş ki, bu ölkənin Türkiyə ilə sərhəd ərazisində türkmənlər yaşayırlar.Bu cür vacib məqamlar nəzər nöqtəsindən qaçıbsa, deməli Suriyaya rus hərbçilərinin göndərilməsilə bağlı qərar pis işlənib hazırlanıb?

Rus və bir neçə xarici KİV-lər tərəfindən Putinin türk rəhbərlərdən birinin Su-24 təyyarəsini vurmaq əmrini “amerikanların bir yerini yalamaq istəməsi” ifadəsinin yayılması diplomatikvə siyasi mübahisəyə və ya rəyə ehtiyacı yoxdur. Ərdoğanın Türkiyədə “sürünən islamlaşma” və “Atatürkün buna görə qəbrdə çevrilməsi” tənbehi məzmunca mənasız, formaca - qəbuledilməzdir. Vladimir Putin – məhz onun sayəsində ateist sovet Rusiyası yenidən pravaslav xristianlığına çevrilməsini tənbehdən daha çox tərif kimi qəbul edərdi.

Belə halda Türkiyədə dünyəvilik prinsiplərinə toxunmayaraq ölkədə islam dəyərlərinə hörmətin artırılmasına görə Ərdoğanı qınamaq olarmı? Bir çox azərbaycanlılar kimi mənə də, hətta Türkiyənin özünə də bu, xoş gəlməyə bilər, amma çoxluğun hisslərinə və iradəsinə hörmətlə yanaşmaq lazımdır. Yeri gəlmişkən, himayədarlıq etdiyi Kadırov haqda Rusiya liderini maarifləndirmək lazımdır ki, Çeçenistan “islamlaşmaya” Türkiyədə Ərdoğandan daha əvvəl başlayıb. Başa düşərək ki, onun mətbuat konfransında söylədiyi ifadələr Türkiyə tərəfindən təhqir kimi qəbul ediləcək, vəziyyətdən çıxış yolu kimi Putin türk xalqına hörmət ifadəsini otraya atdı. Amma bu, çox az nəyisə dəyişə bilər.

Qəribədir, rus liderininTürkiyə sahəsində peşəkar kəşfiyyatçısı olan mətbuat katibi Peskov öz şefinə izah etməyib ki, onun istifadə etdiyi ton və ifadələri yersizdir? Və yaxın gələcəkdə, hətta siyasi səhnədən Ərdoğan və Davudoğlu çəkilsə də, türklər Putinin rişxəndli sözlərini nə unudacaq, nə də bağışlayacaq.

Rasim Musabəyov

Paylaş:
765

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər