Daha bir əsgərimiz şəhid oldu | 1news.az | Xəbərlər
Siyasət

Daha bir əsgərimiz şəhid oldu

10:48 - 18 / 12 / 2015
Daha bir əsgərimiz şəhid oldu

Azərbaycan Ordusunun daha bir əsgəri erməni silahlılarının açdığı atəş nəticəsində dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Nazirlikdən bildiriblər ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1news.az

Paylaş:
654

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər