Gəncədə puldəyişmə məntəqəsinin işçisini soydular
Gəncə şəhərində puldəyişmə məntəqəsinin işçisini soyublar.
1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dekabrın 19-da Gəncə şəhərinin D.Qorqud küçəsində yerləşən puldəyişmə məntəqəsinin qarşısında şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən Kəmaləddin Əliyevə dəmir parçası ilə baş nahiyəsindən xəsarət yetirib 3900 manat, 19000 ABŞ dolları, 100 avro, 238000 rubl və 580 lari pul alıb hadisə yerini tərk ediblər.
Soyğunçuların tutulması üçün Kəpəz Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1news.az
736