XİN: ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı icmalar arasında əlaqələrin qurulmasına imkan yaratmalıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı icmalar arasında əlaqələrin qurulmasına imkan yaratmalıdır

15:12 - 22 / 12 / 2015
XİN: ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı icmalar arasında əlaqələrin qurulmasına imkan yaratmalıdır

Azərbaycanın işğal altında olan torpaqları azad olunduqdan sonra azərbaycanlı və erməni icmalar Dağlıq Qarabağda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birlikdə yaşayacaqlar.

Bu haqda 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev ABŞ-ın Dövlət Departamentinin rəhbəri Con KirbininDağlıq Qarabağdaicmalar arasında əlaqələrin qurulmasının vacibliyi fikrinə rəyini bildirib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Dövlət Departamentinin rəhbəri Con Kirbi qeyd edib ki, “xalq diplomatiyasının vacibliyi, əsasən də Dağlıq Qarabağdakı icmalar əsrlər boyu bir-biri ilə sıx yaşayıb, indi də bir-birinə etibar edərək” yaşamaqda davam etməldirlər.

H.Hacıyev bildirib ki, Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağdakı icmalar arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. Bu, Azərbaycan-Ermənistan münaqişəsinin tərəflər arasında inam yaratmaq tədbirləri çərçivəsində olmalıdır.

“Biz hesab edirik ki, bu cür əlaqələr gələcəkdə iki icmanın birgə yaşamasını təmin etmək məqsədilə, ümumilikdə münaqişənin həllinə öz töhfəsini verəcək”, - H.Hacıyev bildirib.

O qeyd edib ki, əvvəllər icmalar arasında dialoqun təşviqinə yönəlmiş bir sıra layihələr var idi. Lakin erməni tərəfi problemin həlli istiqamətində müsbət təşəbbüsləri görərək destruktiv siyasət yürütməyə başladı.

H.Hacıyev əlavə edib ki, rəsmi İrəvan Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmalarına mane olmaq üçün bütün imkanlardan istifadə edir. Bununla da, Ermənistan yenidən Azərbaycan torpaqlarının işğal faktını təsdiqləyir.

XİN rəhbəri bildirib ki, ATƏT-in Minsk Qrupu danışıqlar prosesinin nizama salınmasınınvacib elementi kimi, Avropa Birliyi və digər beynəlxalq institutlarla birgə Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmaları arasında əlaqələrin qurulmasına imkan yaratmalıdır.

Paylaş:
834

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər