Ermənistan Müdafiə Nazirliyi: “Atəşkəs rejimi artıq yoxdur. Bu müharibədir” | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Müdafiə Nazirliyi: “Atəşkəs rejimi artıq yoxdur. Bu müharibədir”

13:53 - 23 / 12 / 2015
Ermənistan Müdafiə Nazirliyi: “Atəşkəs rejimi artıq yoxdur. Bu müharibədir”

Qoşunların təmas xəttindəki vəziyyəti ancaq müharibə kimi xarakterizə etmək olar”- deyə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan  jurnalistlərə bildirib.

“Artıq heç kim üçün sirr deyil və bütün ekspert və analitiklər tərəfindən hazırkı vəziyyət müharibə kimi qiymətləndirilir. Bu artıq müharibədir, ona görə də atəşkəsin pozulmasından danışmaq olmaz. Cünki atəşkəs artıq yoxdur”- “Novosti Armeniya” saytı Ovannisyandan sitat gətirir.

Xatırladaq ki, Azərbaycanın 20 faiz ərazisi- Dağlıq Qarabağ və ona yaxın olan 7 rayon, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası  4 qətnamə  qəbul etdiyinə baxmayaraq, erməni tərəfi hələ də, buna məhəl qoymur.

Cəbhə xəbərlərindən görünür ki, 20 il ərzində erməni silahlıları beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tarixi torpaqları kimi tanınan əraziləri işğal altında saxlayır və 1994-cü ildə qəbul olunmuş atəşkəs rejimini hər gün pozurlar. Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində, nəinki, Azərbaycan ordusunun əsgərləri, həm də kəndlərdə yaşayan dinc sakinlər həlak olur.

Azərbaycan ordusu erməni işğalçılarına qəti cavab atəşi ilə reaksiya verir ki, bu da onlarda  ciddi itkilərlə nəticələnir.   

Azərbaycan Prezidenti və XİN dəfələrlə bəyan edib ki, cəbhə xəttində qarşıdurmanın yaranması məhz erməni işğalçılarının Azərbaycana məxsus əraziləri zəbt etməsidir.

 Azərbaycan Müdafiə Nazirirliyinin rəhbəri də öz növbəsində qeyd edib ki, erməni qüvvələrinin təxribatçı çıxışı və atəşkəsi pozma halı qəti cavab atəşi ilə susdurulacaq. Məhz bu fakt son zamanlar ciddi itkilərlə üzləşən erməni tərəfinin narahatlığına səbəb olub.

1news.az

Paylaş:
673

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər