100-dən çox jurnalistə kütləvi qaydada dövlət reyestrindən çıxarışlar veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

100-dən çox jurnalistə kütləvi qaydada dövlət reyestrindən çıxarışlar veriləcək

16:17 - 23 / 12 / 2015
100-dən çox jurnalistə kütləvi qaydada dövlət reyestrindən çıxarışlar veriləcək

Jurnalistlər üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 24 dekabr 2015-ci il tarixində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcək.

1news.az- a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, bina dövlət başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən tikilərək istifadəyə verilib. Əmlak Məsələləri Dövlət Komitəsi də jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını növbəti dəfə məhz jurnalistlər binasında təşkil etmişdir.

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər