ABŞ Konqresi Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərməkdən imtina etdi | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresi Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərməkdən imtina etdi

17:05 - 23 / 12 / 2015
ABŞ Konqresi Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərməkdən imtina etdi

18 dekabr 2015-ci il tarixində  ABŞ Prezidentinin imzaladığı Konqres tərəfindən qəbul olunan 2016-cı maliyyə ili üçün vasitlərlə bağlı ümumi qanun  qüvvəyə mindi.

1news.az xəbər verir ki, qanunda ABŞ-ın “işğal altında olan Azərbaycan ərazilərinə ( Dağlıq Qarabağ separatçılarına) yardım edilməsi” ilə bağlı müddəanın olmaması  diqqət çəkir.

Konqres yekun qanuna və onun əlavəsinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş müddəanın daxil edilməsindən imtina edib. Baxmayaraq ki, bunun üçün ABŞ-dakı erməni diasporu və Konqresdə olan erməni himayədarlar qüvvələrini səfərbər etmisdi.

Mühüm məqamdır ki, 2014-cü ildən etibarən ABŞ Konqresi  vəsaitlərlə bağlı yekun  qanununa “Azərbaycanın işğal altında olan ərazilərinə yardım”la bağlı müddəanı daxil etmir.

Qeyd edək ki, bu müddəaya əsasən, 1998-2013-cü illərdə Azərbaycanın işğal altında olan ərazilərində ABŞ-ın müxtəlif layihələri maliyyələşdirməsi nəzərdə tutulurdu.

Son 3 ildə erməni tərəfinin bu müddəanı bərpa etməklə bağlı bütün cəhdləri boşa çıxıb.

Beləliklə, ABŞ Konqresi son iki ildə yaranan status –kvonu qoruyaraq, artıq 3-cü maliyyə ilidir ki, vəsaitlərlə bağlı qanuna  separatçılara yardım müddəasını daxil etmir.

1news.az

Paylaş:
951

Son xəbərlər

Bütün xəbərlər